Bağdadı qan gölünə çevirdilər

18 nəfər ölüb, 25 nəfər yaralanıb

İraqın paytaxtı Bağdadda törədilən güclü partlayış nəticəsində ən az 18 nəfər ölüb, 25 nəfər yaralanıb.
 
Maide.az-ın məlumatına görə, terrorçu-kamikadze paytaxtın Mədinət-əs-Sədr bölgəsində minalanmış avtomobili partladıb.  
 
Qeyd edək ki, oktyabrın 7-də Bağdad və şəhərətrafında törədilən silsilə terror aktları nəticəsində 15 nəfər ölmüş, onlarla insan xəsarət almışdı.
 
Sentyabr ayında İraqda 1 100 nəfər zorakılığın qurbanı olub, 1 900 nəfər yaralanıb.

Google+ WhatsApp ok.ru