Lukaşenko: `Rusiya qazax və monqolların torpağın qaytarsın`

"Krımın ilhaqında Rusiya məntiqi ilə getsək, onda RF-nin Qazaxstan və Monqolustan torpaqlarını geri qaytarması pis olmazdı".
 
Bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko “Euronews” telekanalına müsahibəsinin tam versiyasında işlədib.
 
Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, digər ölkənin torpaqlarını zəbt etmək yolverilməzdir. “Onda gəlin xan Batı dövrünə qayıdaq... Monqol-Tatar yürüşləri zamanına. Bu təqdirdə Qazaxstan və Monqolustanın torpaqlarını və ya tarixən kimlərəsə aid olan demək olar ki, bütün Rusiya torpaqlarını qaytarmaq lazım gələcək”- deyə Lukaşenko bildirib.
 
Xatırladaq ki, Belorus prezidenti rəsmi olaraq Krımı RF tərkibində qəbul etməyib. Buna baxmayaraq o bildirib ki, bunu qəbul etmək və etməmək olar, lakin heçnə etmək də mümkün deyil- Rusiya Krımı öz ərazisinə qatıb və artıq onu vermiyəcək. 
 
Bu baxımdan Lukaşenko hardasa Putinin tərəfini saxlayan kimi tanınan bir diplomat kimi ehtiyyatlı davranır, lakin bununla bərabər Abxaziya, Cənubi Osetiyanın müstəqilliyini, “Novorosiya” və “Krımnaş” layihələrini qəbul etmir.

Google+ WhatsApp ok.ru