Badamdarda yenə torpaq sürüşdü 14 Fevral 2020 14:46 Hadisə Badamdar sürüşmə kütləsində üzərində uçqunlar baş verib. Maide.Az APA-ya istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün sürüşmənin üzərində 50 metr enində torpaq kütləsi 20 metr irəliyə doğru sürüşüb. Hazırda sürüşmə sahəsində gərginlik qalmaqdadır. Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci Sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb. Teqlər : #Badamdarda,#yenə,#torpaq,#sürüşdü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dağıstanda məscid binasında yanğın olub Badamdarda yenidən torpaq sürüşməsi olub, bir ev zədələnib