Dağıstanda məscid binasında yanğın olub 13 Fevral 2020 08:43 Hadisə Dağıstanda məsciddə yanğın baş verib. Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir. Məlumata görə, yanğın Dağıstanın Xasavyurt şəhərində məscid və yemək otağının yerləşdiyi binanın tamamilə yanmasına səbəb olub. Bildirilir ki, yanğının sahəsi təxminən 350 kvadrat metr olub. “Xasavyurt şəhərində, Bamotovski magistral yolunun 13-cü kilometrliyində, üçmərtəbəli məscid binasında və 350 kvadratmetr sahəsi olan yeməkxanada yanğın baş verib”, - deyə məlumatda bildirilib. Qurum qeyd edir ki, yanğın nəticəsində zərərçəkənlər olmayıb. Teqlər : #Dağıstanda,#məscid,#binasında,#yanğın,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tələbə dəm qazından boğularaq vəfat edib - Bakıda Badamdarda yenə torpaq sürüşdü