Bahreynli müxaliflər Ali Xəlifənin planını boykot etdilər

Bəhreyndə 14 Fevral İnqilab Hərəkatı Bəhreyn rəhbərliyinin siyasi müddətini boykot edənlərə qatılıb.
 
Maide.az-ın "Əl-Aləm" kanalının istinadən məlumatına görə, 14 Fevral Hərəkatı dünən yayımladığı məlumatda referendum təşkil edilməsi və xalq komitələrinin referendumda müşahidəçi olması üçün "Demokratiya üçün Bəhreynin səsi" adlı meydana gəlməyə dəstək verdiyini açıqlayıb.
 
Məlumatda bildirilir ki, Bəhreyndə rəhbərlikdə bütün dini və siyasi qrupların iştirakının olması, dini, siyasi, fərdi azadlıqlara imkan verilməsi və fövqəladə vəziyyətin ləğvi istənilib. Bu istəklərə Bəhreyn rəhbərliyinin qulağını tıxadığı, əksinə, həmin istəkləri güc yolu ilə əzməyə çalışdığı bildirilir.
 
Məlumatda məclis seçkilərinin boykot ediləcəyi, Bəhreyn diktatura rejiminə qarşı aksiyaların davam edəcəyi qeyd edilir.
 
Sözügedən məlumatda Bəhreyndə olan amerikalı və ingilis məsləhətçiləri, hərbçilərin ölkədən çıxması da istənilib.

Google+ WhatsApp ok.ru