Bakı-Şamaxı-Yevlax magistralı çökdü – VİDEO – FOTO 14 Mart 2018 02:00 Hadisə -- sürüşmə baş verən yola alternativ olaraq yeni yol çəkilir Bakı-Şamaxı-Yevlax magistralında çökmə meydana gəlib. Maide.Az-ın ARB TV-yə istinadən xəbərinə görə, bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı kilometrliyində çökmə meydana gəlib. Yolun Şamaxı ərazisində asvalt örtüyündə iri çatlar yaranıb. Avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi çökmə nəticəsində bağlanıb. 8 saylı yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub. İdarədən həmçinin bildirilib ki, sürüşmə baş verən yola alternativ olaraq yeni yol çəkilir. Teqlər : #BakıŞamaxıYevlax magistralı çökdü – VİDEO – FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda doğuş faciəsi Bakı metrosunda bədbəxt hadisə