Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata əsasən, Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində "MERCEDES" və "NİVA" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "NİVA" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarmış və aidiyyətı üzrə təhvil verib.

Əməliyyat saat 07:44-də başa çatıb. /

Google+ WhatsApp ok.ru