İsmayıllıda bankomat yandı

İsmayıllı rayonunda yanğın hadisəsi meydana gəlib. 
 
Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın rayonun Lahıc kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ərzaq mağazasında baş verib. 
 
Nəticədə mağazanın rəfi 1 kv.m sahədə və mağazada yerləşdirilmiş bankomatın elektrik naqilləri yanıb. 
 
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. 
 
Yanğının nədən baş verdiyi barədə dəqiq məlumat açıqanmayıb./

Google+ WhatsApp ok.ru