Bakı-Böyük Kəsik qatarında nə baş verib?

Ötən gecə Bakı-Böyük Kəsik istiqamətində hərəkət edən qatarda həyəcanı anlar yaşanıb.
 
Bu barədə azvision.az-a sərnişinlər məlumat veriblər. Onlar bildiriblər ki, qatarın hərəkəti bir neçə saat dayanıb və oradakı insanlar qatarda hansısa partlayışın olması panikasını yaşayıblar.
 
“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov faktı təsdiqləyib. Bildirib ki, qatarlarda hansısa partlayış hadisəsi baş verməyib. Yaranan kiçik problem isə dərhal həll edilib.
 
“Kontakt şəbəkədə, elektrik birləşmələrində açılma olub. Buna görə də lokamativi dəyişiblər, qatarı elektrovozla çəkib sonra yola salıbıar. Buna görə də qatarlar gecikib. Hər hansısa partlayış olmayıb”, - deyə N. Əzməmmədov bildirib.

Google+ WhatsApp ok.ru