Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub, ölən və xəsarət alanlar var

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub, ölən və xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda baş verən yol qəzası barədə məlumat yayıb.
 
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə,  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şabran rayonunun Günəşli kəndində ”Nissan” markalı minik avtomobili və "Hyundai" markalı sərnişin avtobusu toqquşub.
 
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Bayramov Məmmədəli Əkbər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
 
Əməliyyat başa çatıb.
 

Google+ WhatsApp ok.ru