Bakı-Sumqayıt yolunda zəncirvarı qəza baş verib

Bakı-Sumqayıt yolunda zəncirvarı qəza baş verib

Bakı-Sumqayıt yolunda zəncirvarı qəza baş verib.
 
Hadisə bu gün səhər saatlarında qeydə alınıb. Bakı-Sumqayıt marşrutu ilə hərəkətdə olan sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “VAZ-2107” “Subaru” markalı minik avtomobilinə dəyib.
 
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
 
Qəza səbəbindən Bakı-Sumqayıt yolunda sıxlıq yaranıb.
 
Faktla bağlı araşdırma aparılır.  /APA

Google+ WhatsApp ok.ru