Suraxanıda ağır qəza: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Suraxanıda ağır qəza: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Suraxanı qəsəbəsi A.Rzayev küçəsində “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 7-də saat 23 radələrində Suraxanı qəsəbəsi A.Rzayev küçəsində Bakı şəhər sakinləri Y.Nadirovun idarə etdiyi “KİA” və Şəhriyar Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Həsənov və sərnişinlərindən anası Minayə Hüseynova hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
 
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru