Son 3 ayda müşahidə olunan hava

Son 3 ayda müşahidə olunan hava

Son 3 ayda Azərbaycanda temperatur iqlim normasından aşağı, yağıntının miqdarı isə dəfələrlə çox olub
 
Bu ilin sentyabr, oktyabr və noyabr aylarında Azərbaycanda havanın temperaturu iqlim normasından 1,2-1,3 dərəcə aşağı olub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, həmin aylarda ölkədə yağıntıların miqdarı xeyli çox olub. Onun sözlərinə görə, ötən 3 ayda yağıntının miqdarı dəfələrlə artıb: “Sentyabrda yağıntının miqdarı çoxillik normadan 9 dəfəyə, oktyabrda 7 dəfəyə, noyabrda isə 4 dəfəyə qədər çox olub. Sentyabrda belə yağıntılar sonuncu dəfə 40 il əvvəl qeydə alınıb. Belə hallar çox az-az, nadir baş verən hadisələrdir. Ümumiyyətlə, temperaturun aşağı olması və yağıntıların artması səbəbindən bu ilin sentyabr ayı Azərbaycanda tamamilə fərqli keçib”. 

Google+ WhatsApp ok.ru