Bakıda 160 saylı marşrut avtobusu qəza törədib, ölən var

Bakıda 160 saylı marşrut avtobusu qəza törədib, ölən var

Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə bu gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunun iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Sərnişin Əminova Rəsmiyyə Zülfiqar qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru