Bakıda 17 günə 17 nəfər zəhərlənib

Maide.az xəbər verir ki, bu ilin noyabr ayı ərzində 17 nəfər dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciət edib. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında deyib ki, onlardan 12 nəfərinə müvafiq tibbi yardımlar edilib, 5 nəfər isə müvafiq şöbəyə qəbul olunub. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı azalıb. Belə ki, ötən ilin noyabr ayında dəm qazından zəhərlənmə ilə bağlı təxminən 10-12 müraciət çox qəbul olunub.
A.Maqsudov apa-ya bildirib ki, bu ay 4 nəfər dərmanların əlavə təsiri ilə bağlı şöbəyə müraciət edib və onların hamısı xəstəxabaya yerləşdirilib. Bu ay alkoqollu içkinin təsiri nəticəsində 7 sərxoş xəstəxanaya gətirilib və onların hər birini ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Google+ WhatsApp ok.ru