Bakıda 21 yaşlı gənc iki polisi döydü

Bakıda 21 yaşlı gənc iki polis əməkdaşını döyüb.
 
Milli.az xəbər verir ki, N.Rəfibəyli küçəsində qanunsuz reklam vərəqəsi paylayan şəxs saxlanılıb.
 
Bu zaman o, ərazidə xidmətdə olan Post Patrul Xidməti Bölüyünün polis serjantları - 1985-ci il təvəllüdlü Rüfət Əhədova və 1990-cı il təvəllüdlü Xəyyam Məmmədova müqavimət göstərərək onları döyüb.
 
Həmin şəxs onlara yumruq və təpiklə zərbələr vuraraq xəsarət yetirib.
 
Polisləri döyən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Novruzov saxlanılaraq polis bölməsinə təhvil verilib./
 

Google+ WhatsApp ok.ru