Bakıda naməlum kişi küçədə qətlə yetirilib

Bakıda qətl törədilib.
 
Nizami Rayon Polis İdarəsindən məlumatına görə, hadisə bu gün saat 10.30 radələrində Qara Qarayev 55 ünvanında qeydə alınıb. 25-30 yaşlarında kişi küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
 
Hadisə yerinə  Nizami Rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşları gəlib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin, həmçinin qətlə yetirilən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Google+ WhatsApp ok.ru