Bakıda 23 yaşlı gənc ölümcül döyülüb 14 Aprel 2015 01:00 Hadisə Bakıda 23 yaşlı gənc ölümcül döyülüb. Hadisə Suraxanı rayonu ərazisində, Qaraçuxur qəsəbəsində baş verib. Kәrimov Orxan Müşfiq oğlu ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, döyülmə əlamətləri ilə daxil olan Orxan Kərimov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qalır. Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. 23 yaşlı gəncin vəziyyəti ağır olduğundan ifadəsini almaq mümkün olmayıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırma aparılır. Teqlər : #Bakıda 23 yaşlı gənc ölümcül döyülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada azərbaycanlılar arasında dava olub, 3 nəfər bıçaqlanıb Bakının `Titanik`ində yanğın