Rusiyada azərbaycanlılar arasında dava olub, 3 nəfər bıçaqlanıb

Rusiyada azərbaycanlılar arasında dava baş verib.
 
Hadisə Moskva vilayətinin Zelenoqrad şəhərindəki kafelərin birində qeydə alınıb.
 
Dava nəticəsində 3 azərbaycanlı bıçaqlanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
 
Yaralanan şəxslərin eyni tikinti şirkətində çalışdığı bildirilir. Onlar polisə bildiriblər ki, hücum edən şəxslər milliyyətcə azərbaycanlı olublar.
 
Hazırda hücum edənlərin axtarışı istiqamətində müvafiq tədbirlər görülür.

Google+ WhatsApp ok.ru