Bakıda 42 minlik saxta qızıl

Bakıda həmcinsinə qarşı dələduzluq etməkdə şübhəli bilinən iki qadın saxlanılıb. 
 
Bakı şəhər BPİ-dən verilən məlumata görə, hadisə 2014-cü il avqust ayında baş verib.
 
Bakı şəhər sakini Gülşən İmranovayanın etibarından sui-istifadə edərək ona 42.000 manat dəyərində saxta zərgərlik məmulatları satıblar. 
 
Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməli törətməkdə şübhəli bilinən - Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar, 1959-cu il təvəllüdlü Asyaxanım Hüseynova və 1961-ci il təvəllüdlü Sevinc Orucova tutulub.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru