Bakıda 5 min manatlıq samovar oğurlanıb

Bakıda 5 min manatlıq samovar oğurlanıb

Suraxanı rayonunda 5 min manatlıq samovar oğurlanıb.
 
Maide.Az bildirir ki,  Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Bakı şəhər sakini İvan Rufanenko tutulub.
 
O, Q.Feyzullayevaya məxsus evdən 5000 manat dəyərində qızıl suyuna çəkilmiş samovar və məişət əşyaları oğurlamaqda şübhəli bilinir. Onun daha 3 evdən elektrik naqili, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.
 

Google+ WhatsApp ok.ru