Bakıda ata ögey oğlunu qətlə yetirib

Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.
 
Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, Buzovna sakini, 1969-cu il təvəllüdlü Ağaməmməd Hüseynov ögey oğlu, 1981-ci il təvəllüdlü Samir Həsənovu  bıçaqlayaraq qətlə yetirib. S. Həsənov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
İlkin araşdırmalara görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 

Google+ WhatsApp ok.ru