Qaxda da yanğın olub

Qax rayonu, Alatəmir kəndində meşə torpaqları ilə sərhəddə yerləşən kənd bələdiyyəsinə məxsus ərazidə yanğın hadisəsi baş verib. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, gecə saatlarında baş verən yanğınla əlaqədar olaraq dərhal əraziyə yanğınla mübarizə dəstələri cəlb olunub.
 
Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğının qarşısı tam alınıb. Alovun meşə torpaqlarına keçməsinə imkan verilməyib.
 
Hadisə nəticəsində biçilmiş taxıl sahələri və kol örtüyünə ziyan dəyib.
 

Google+ WhatsApp ok.ru