Bakıda avtobus qəzasında 8 nəfər yaralanıb - VİDEO

Bakıda avtobus qəzasında 8 nəfər yaralanıb - VİDEO

Bakının Nizami rayonunda, metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Gətirilənlər arasında hazırda xəstəxanada müalicəsi davam etdirilən şəxslərin adları və diaqnozları məlum olub. Xəstəxanadan verilən məlumata görə, onlar 1983-cü il təvəllüdlü Nuranə Verdiyeva və 1959-cu il təvəllüdlü Sevdiyar Əcalıyevdir.

N.Verdiyevaya burun sümüklərinin qapalı qəlpəli sınığı, burun qanaxması, Sevdiyar Əcalıyeva isə hər iki baldırın yuxarı üçdə birinin ön səthinin sıyrılmış yarası, sol diz oynağının əziyi diaqnozu qoyulub.

Qeyd edək ki, 60 saylı sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yaxınlıqdakı körpüyə çırpılıb. Nəticədə sürücü və 8 nəfər sərnişin yaralanıb. Qəzanın baş verməsinə ilkin səbəb kimi avtobusun əyləc sisteminin sıradan çıxması göstərilir. (report) /

Google+ WhatsApp ok.ru