Bakıda fəhlə binadan düşərək ölüb

Bakıda tikintidə daha bir ölüm faktı qeydə alınıb.
 
Maide.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 28-də Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbədə inşa edilən binada fəhlə işləyən Bakı şəhər sakini Elmir Kazımov 4-cü mərtəbədən yıxılıb. Xəstəxanaya yerləşdirilən E.Kazımov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru