Bakıda evdən silah-sursat tapılıb

 Bakıda Lerik rayon sakinində silah-sursat aşkar edilib.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, BŞBPİ Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Lerik rayon sakini Albalılıq qəsəbəsində yaşayan 1981-ci il təvəllüdlü Müslüm Əyyub oğlu Əhmədovun evindən 1 ədəd “Brovninq” markalı tapança, 1 ədəd sandıqça və 5 ədəd 9 mm patron aşkar edilərək götürülüb.

Google+ WhatsApp ok.ru