Bakıda iki keçmiş məhkum arasında dava

Bakıda iki keçmiş məhkum arasında dava

Noyabrın 26-na keçən gecə Bakı şəhərinin Bakıxanov qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
 
Lent.az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü Yuri Batanovla 1980-ci ildə anadan olmuş Natiq Abbasov qəsəbədəki kafelərdən birində yeyib-içiblər.
 
Gecə yarısınadək kafedə oturan tanışlar daha sonra oranı tərk ediblər və küçədə mübahisəyə başlayıblar.
 
Mübahisə zəminində N.Abbasov tanışına zərbələr endirib. Y.Batanovun yıxıldığını görən 36 yaşlı Bakı sakini təpiklə onun başına zərbələr endirib. 47 yaşlı Yuri küçədəcə ölüb.
 
Bildirilir ki, hər iki şəxs əvvəllər məhkumluq həyatı yaşayıb və qeyri-sağlam həyat tərzi sürürlər.
 
Faktla əlaqədar cinayət işi başlanıb.
 

Google+ WhatsApp ok.ru