Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Bakıda ağır yol qəzası qeydə alınıb.
 
Maide.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 9-da saat 23:00 radələrində Sabunçu qəsəbəsində Şamaxı rayon sakini Şəqin Məmmədov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub. Sürücü və sərnişini  Afət Şəhadətov hadisə yerində ölüblər.
 
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Google+ WhatsApp ok.ru