Qadın sürücü 5 maşını əzdi, piyadanı öldürdü

Ötən gün saat 11 radələrində Bakının Binəqədi rayonunda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib.
Anspress-in Daxili İşlər Nazirlyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ə.Naxçıvani küçəsində Gürcüstan vətəndaşı Samirə Usubovanın idarə etdiyi “Toyota” və Bakı şəhər sakini Həsənağa Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.
 
Qəzadan sonra idarəetməni itirən S.Usubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus “Hyundai”, Kamil Məmmədova məxsus “BMW” və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus “KİA” markalı avtomobillərə çırpıb.
 
Bundan sonra hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini Şöhrət Orucovu vurub. Xəstəxanaya yerləşdirilən Ş.Orucov orada ölüb.
 
Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./
 

Google+ WhatsApp ok.ru