Bakıda iki nəfər hündürmərtəbəli binadan yıxıldı: biri öldü

Bakıda iki nəfər hündürmərtəbəli binadan yıxıldı: biri öldü

Bakıda iki nəfər hündürmərtəbəli binadan yıxılıb.
 
Maide.Az report-a istinadən xəbər verir ki, hadisələrdən biri paytaxtın Yasamal, digəri Nizami rayonunda baş verib.
 
Məlumata görə, Yasamal rayonu Zərdabi küçəsi 41-də "Avesta" şirkətinin inşa etdiyi yeni tikilidə Beyləqan rayon sakini 1986-cı il təvəllüdlü Amil Nəbiyev pilləkəndən yıxılıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Samir Alxasov isə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən binanın 5-ci mərtəbəsinin giriş pəncərəsindən yerə yıxılıb.
Xəstəxanaya yerləşdirilən S.Alxasov orada dünyasını dəyişib.
 
Hüquq-mühafizə orqanları hər iki faktla bağlı araşdırma aparır.
 

Google+ WhatsApp ok.ru