Bakıda avtomobil atəşə tutulub 24 Yanvar 2017 02:00 Hadisə Bakıda silahlı insident olub. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Seymur Şahəliyev Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Eldəniz Eyvazovun idarə etdiyi “Renault” markalı avtomobilə tapançadan bir neçə dəfə atəş açıb. Nəticədə avtomobilin şüşələri sınıb, güllələrdən biri E. Eyvazovun baş nayihəsindən dərisini sıyırıb keçib. E. Eyvazov Sabunçu şəhər 3 saylı Klinik Xəstəxanasında ilkin tibbi yardımdan sonra buraxılıb. O, xəstəxanada verdiyi ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirsə də, sonradan güllə yarası aldığı məlum olub. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində S. Şahəliyev tutulub. Ondan hadisədə istifadə etdiyi tapança götürülüb. İlkin məlumata görə, hadisə borc üstündə baş verib. S. Şahəliyevin E. Eyvazova borcu olub. E. Eyvazov borcunu tələb etdiyi üçün S. Şahəliyev onu güllələyib. Faktla bağlı araşdırmalar davam etdirilir. Teqlər : #Bakıda avtomobil atəşə tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda iki nəfər hündürmərtəbəli binadan yıxıldı: biri öldü Novxanı sakinləri səhər oyanıb viranə gördülər - FOTO