Bakı Dairəvi yolunda zəncirvari qəza baş verib, tıxac yaranıb 17 Aprel 2015 01:00 Hadisə Bakıda baş verən zəncirvari yol qəzasında 1 nəfər xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb. İki “Mercedes” markalı avtomobil və Həsənağa Əzizovun idarə etdiyi “KİA” markalı maşın toqquşub. Nəticədə “KİA” markalı avtomobilin sürücüsü xəsarət alaraq, Klinik Tibbi Mərkəzə yerləşdirilib. Yolda tıxac yaranıb. Hazırda faktla bağlı araşdırma aparılır. Teqlər : #Bakı Dairəvi yolunda zəncirvari qəza baş verib,#tıxac yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gədəbəydə kütləvi dava İki gün öncə Bakı sakinini bıçaqlayan qadın tutulub