Bakıda küçədən kimsəsiz uşaq tapıldı

Fevralın 11-dən 12-nə keçən gecə Bakıda küçədən azyaşlı qız uşağı tapılıb.
 
Maide.az lent.az-a istinadən bildirir ki, Xətai rayonu ərazisində, Qara Şəhər adlanan yerdə ağlaya-ağlaya dolaşan 4-5 yaşlı qız yaxınlıqdan keçən şəxslərin diqqətini çəkib. Onlar öyrəniblər ki, qız küçədə azıb və ya atılıb. Daha sonra azyaşlı  Xətai rayonu 27-ci Polis Bölməsinə aparılıb və onun ailəsinin axtarışlarına başlanılıb.
 
Bölmədən verilən məlumata görə, azyaşlı qızın valideynləri hələ ki, tapılmayıb.   

Google+ WhatsApp ok.ru