Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub, xəsarət alanlar var

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub, xəsarət alanlar var

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Maide.Az-a verilən məlumata görə, dekabrın 18-də saat 19:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları "Çiçək-Pioner" düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısaqapanmasından yanğın baş verib.
 
Nəticədə 200 kv/m sahədə yanar konstruksiyalar yanıb, xəsarət almış Xocalı rayon sakini İlkin Zamanlı və FHN-in YMİ-nin əmədaşı Asif Rufullayev xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
 
Ağdam rayonundan olan 7 nəfərdən ibarət 1 ailə qəsəbə ərazisindəki 14 saylı poliklinikaya yerləşdirilib, digərləri qohumlarının evlərinə gediblər. /

Google+ WhatsApp ok.ru