Bakıda mühafizəçi güllələndi

Yanvarın 9-da gecə saatlarında Bakıda, Binəqədi rayonundakı tikinti materialları bazarının mühafizəçisi Elmar Canatov güllələnib.
 
APA-nın məlumatına görə, xəstəxanaya çatdırılan 30 yaşlı mühafizəçinin vəziyyəti ağırdır. O, xeyli qan itirib.
 
Binəqədi rayon Polis İdarəsinin rəis Namiq İsmayılov bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Elmar Canatovu bacısının həyat yoldaşı Mehman Fasadovun vurduğu bildirilir. Hadisə yerindən qaçan həmin şəxs artıq saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanılıb./

Google+ WhatsApp ok.ru