Bakıda nənə və nəvə maşının altında qaldı 27 Dekabr 2017 02:00 Hadisə -- 1 ölü,1 yaralı Bakı şəhərinin Nəsimi rayonunda ağır yol qəzası baş verib. Maide.Az lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında “İsuzu” markalı yük maşını yolu keçən 80 yaşlı Zəhra Binnətova ilə 13 yaşlı nəvəsi Elviranı vurub. Ağır xəsarət alan nənə və nəvəsi 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Z.Binnətovanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. Teqlər : #Bakıda nənə və nəvə maşının altında qaldı , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru FHN alpinistlərin itkin düşməsi ilə bağlı məlumat yayıb 35 yaşlı kişini it parçaladı