Bakıda naməlum kişi 17 mərtəbəli binadan özünü atıb

Bakıda intihar hadisəsi baş verib.
 
Hadisə bu gün səhər saatlarında Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 ünvanında qeydə alınıb. 35-40 yaşlarında naməlum kişi həmin ünvanda yerləşən 17 mərtəbəli binadan özünü ataraq öldürüb.  
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Özünü binadan atan şəxsin həmin ünvanda yaşamadığı bildirilsə də, üzərində sənəd olmadığı üçün şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb./
 
 

Google+ WhatsApp ok.ru