Bakıda oğru dəstə üzvləri tutuldu 16 Sentyabr 2014 01:00 Hadisə Bakıda avtomobillərdən oğurluq edən dəstənin 3 üzvü yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsi və post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən əməliyyat keçirilib. Keçirilən əməliyyat zamanı sentyabrın 14-də Kaveroçkin küçəsində Rəşad Nəbiyevə məxsus "Hyundai-Sonata" markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən Siyəzən rayon sakini Səmiyar Quliyev, Bakı şəhər sakini Fətulla Əzizov və Masallı rayon sakini Məhəmməd Həbibov tutulublar. Araşdrmalar nəticəsində olub ki, onlar sentyabrın 11-i saat 18:30-dan 13-ü saat 16-dək olan müddətdə Azadlıq prospektində İntiqam Hüseynova məxsus "Lexus" və sentyabrın 14-nə keçən gecə Mirqasımov küçəsində Mahir Əsədliyə məxsus "Toyota-Camry" markalı avtomobillərdən pul və müxtəlif əşyalar götürüblər. Bundan başqa onlar sentyabrın 14-nə keçən gecə İ.Qasımov küçəsində Kərim Əbdürəhmanzadəyə məxsus "Peugeot" markalı avtomobildən oğurluğa cəhd ediblər. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Bakıda oğru dəstə üzvləri tutuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tovuz sakinini qatar vurub Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib