Tovuz sakinini qatar vurub

Tovuz rayonunun Qovlar şəhərində 47 yaşlı kişini qatar vurub. Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gecə baş verib. 
 
Rayonun Əyyublu kənd sakini, 1977-ci il təvəllüdlü Rzayev Qabil Fərman oğlu Qovlar şəhərində dəmir yol xəttinin keçmək istəyərkən qatar onu vurub. Q.Rzayev kəllə-beyin travması və bədənin müxtəlif hissələrinin sınığı diaqnozu ilə Tovuz Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər. 
 
Faktla bağlı araşdırma aparılır.  

Google+ WhatsApp ok.ru