Bakıda polisi vurdular

Polisi vuran “Jiquli”-nin sürücü saxlanılıb
Bakının Nərimanov rayonunda avtoxuliqan xidməti vəzifəsini yerinə yetirən dövlət yol polis əməkdaşını avtomobillə vurub. ANS PRESS-in məlumatına görə, bu barədə ANS TV-nin müxbiri Anar Qafarov məlumat verib.

Verilən məlumata görə, “VAZ-'2107” markali avtomobil Ağa Neymətulla küçəsindən Yusif Vəzir Çəmənzəminli küçəsinə dönəndə başqa bir avtomobilə çırpılıb. Ərzidə xidmət aparan yol polis xidmətinin əməkdaşı Yaşar Qocalı hadisə yerindən qaçmaq istəyən “Jiquli”-nin sürücüsünə "Saxla" əmri verib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin növbətçi hissəsini rəisi İlqar İbrahimovun verdiyi məlumata görə, polis əməkdaşını vurandan sonra hadisə yerindən uzasqlaşmaq istəyən sürücünü saxlamaq üçün elə həmin küçədə süni tıxac yaradılıb.

Tıxacda qalan sürücü yol polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayon Polis İdarəsinə təhvil verilib.

Faktla əlaqədar Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsini 315 xidməti vəzifələrini yerinə yetirməsilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam edir. /

Google+ WhatsApp ok.ru