Bakıda polis qəza törətdi, hadisə yerindən qaçdı

Binəqədi rayonunda polis əməkdaşının idarə etdiyi avtomobil sürət həddinin aşılması nəticəsində qəza törədib
Hadisə zamanı Azadlıq prospekti ilə Rəsulzadə qəsəbəsi istiqamətində hərəkətdə olan “Nissan” maraklı minik maşını sürücünün nəzarətindən çıxaraq əvvəlcə səkilərə çırpılıb. Sürətin boyük olmasi minik avtomobilinin meyilliyi olan yamaca qalxmasına səbəb olub. Tarazlığı pozulan “Nissan” elə oradan yolun ortasına aşıb. Maşını çevrilmiş vəziyyətdə qoyan sürücü isə ərazidən uzaqlaşmağa müvəffəq olub.

Əraziyə cəlb olunan Yol Patrul Xidminin əməkdaşları maşına baxış keçiriblər. Bizimdə müşahidələrimiz zamanı bəlli oldu ki, avtomobili polis əməkdaşı idarə edirmiş. Bunu deməyə əsas kimi isə maşının içərisində olan xüsusi uniformanı göstərmək olar. Hadisə yerinin müayinəsi bitdikdən sonra “Nissan” cərimə dayanacağına təmin edilməsi üçün evakuatora yüklənib.

Binəqədi rayon Dövlət Yol Polisi İdarəsində aparılacaq araşdırmaların sonunda maşının sahibinin kimliyinə və nə üçün ərazini tərk etməsinə aydınlıq gətiriləcək. ans tv /


 

Google+ WhatsApp ok.ru