Peyğəmbəri təhqir edən alman qəzetinin redaksiyası da yandırıldı

Almaniyanın nüfuzlu “Hamburger Morgenpost“ qəzetinin redaksiyasında yanğın olub. 
 
Maide.az xəbər verir ki, hadisə bazar günü gecə saat 02:22-də baş verib. 
 
Öncə yanğının səbəbi bəlli olmayıb. Ancaq az sonra Almaniya polisi müəyyən edib ki, bu yanğın Fransanın satirik jurnalı olan “Charlie Hebdo”ya hücumla birbaşa bağlıdır. 
 
Belə ki, yanğını həyata keçirən iki nəfər qəzetin aşağı mərtəbədə yerləşən arxivinə od vurub. Qəzetə aid müəyyən materiallar yansa da yanğın qısa zaman ərzində söndürülüb. İnsan tələfatı yoxdur. Yanğını törədən 2 gənc polis tərəfindən həbs olunub. 
 
Agentlik qeyd edir ki, sözügedən qəzet Fransanın satirik jurnalı olan “Charlie Hebdo”da Məhəmməd peyğəmbərlə bağlı verdiyi yazıları təkrar çap edibmiş.
 
Yanğın söndürüldükdən sonra “Hamburger Morgenpost“ qəzeti fəaliyyətin yenidən bərpa edib.

Google+ WhatsApp ok.ru