Bakıda qətl hadisəsi baş verib 25 Sentyabr 2014 01:00 Hadisə Bakının Sabunçu rayonunda əmioğlu əmioğlunu baltalayıb. Hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bir müddət əvvəl həbsdən çıxan 41 yaşlı Əliağa Dostməmmədov əmisinin evinə elçi göndərərək onun qızı ilə evlənmək istəyib. Lakin qızı ona verməyiblər. Bundan sonra qohumlar arasında mübahisə düşüb. Qızın qardaşı, 51 yaşlı Əlisamit Zeynalov gecə vaxtı Məşədi Adil küçəsində yaşayan Əliağanın evinə gələrək pəncərədən içəri daxil olub. Əlisamit yatmış vəziyyətdə olan əmisi oğluna balta ilə bir neçə zərbə endirərək gəldiyi yollada evi tərk edib. Əliağanın səsinə oyanan ailə üzvləri onu xəstəxanaya çatdırıblar. Həkimlərin səyinə baxmayaraq Əliağa Dostməmmədovun həyatını xilas etmək mümkün olmayıb. Əlisamit Zeynalov hadisəni törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Faktla əlaqədar cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Teqlər : #Bakıda qətl hadisəsi baş verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda həbsxanada qanlı dava: ölən var İntihar baş verən klinikanın baş həkimi danışdı