Bakıda Qurbanlıq heyvanların kəsim yerləri AÇIQLANDI

“Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Bakı şəhərinə gətirilən qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda kəsilməsinin qarşısını almaq üçün tədbirlərə start verib”.
 
Bu haqda Modern.az saytına qurumun mətbuat katibi Yolçu Xanvəli bildirib.
 
O qeyd edib ki, mütəxəssislər bu gündən etibarən Bakının ayrı-ayrı rayonlarına təhkim olunub:
 
“Həm Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri, həm də Bakı Şəhər Baytarlıq İdarəsində çalışan baytar mütəxəssislər müəyyən edilmiş ərazilərdə baytarlıq tədbirlərinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərirlər”.
 
Y.Xanvəli deyib ki, hazırda paytaxt ərazisində Baytarlıq Xidmətinin qeydiyyatından keçən 10 kəsim məntəqəsi fəaliyyət göstərir:
 
“Bakı şəhərində əhalinin tələbatını tam ödəyəcək səviyyədə Dövlət Baytarlıq Xidmətinin nəzarətində qeydiyyatdan keçən 10 kəsim məntəqəsi var. Bu məntəqələrdə insanlar baytarlıq müayinəsindən pulsuz olaraq istifadə edə bilər və heyvanları həmin məntəqələrdə kəsdirə bilərlər.
 
Məntəqlər Keşlə bazarı yaxınlığında, Nərimanov rayonu ərazisində , “Oazis” restoranın yanında, “Çobanzadə” küçəsində, Heydər Əliyev prospektində (“Qoç ət” ) Suraxanı ərazisində (“Hilal ət”), Binə tərəfdə (“Binə”) fəaliyyət göstərir. Qurbanlıq kəsdirmək istəyən hər bir insan bu kəsim məntəqələrinə müraciət edə bilər”.
 
Nazirlər kabinetinin qərarına əsasən Qurban bayramı sentyabrın 24-25-də qeyd olunacaq. Növbəti iki gün 26 və 27 sentyabr şənbə, bazara təsadüf etdiyindən, 4 gün qeyri-iş günü olacaq. /
 

Google+ WhatsApp ok.ru