Bakıda sərnişin avtobusu od tutub yandı

Bakıda sərnişin avtobusu od tutub yandı

Hadisə Gəncə-Qazax yolunun Sədərək Ticarət Mərkəzinə yaxın hissəsində baş verib.
 
Cebhe.info xəbər verir ki, Gəncə-Qazax yolunun Sədərək Ticarət Mərkəzi yaxınlığında sərnişin avtobusu qəflətən alışaraq yanıb.
 
Dərhal sərnişinlər avtobusu tərk etsələr də, maşının alovunu söndürmək mümkün olmayıb. Dərhal hadisə yerinə FHN Yanğından Mühafizə Xidmətinə məxsus iki yanğınsöndürmə maşını cəlb edilsə də, maşın yanaraq külə dönüb. Xəsarət alan yoxdur, ilkin ehtimallara görə, hadisəyə səbəb onun elektrik sisteminin nasaz olması və nasaz olduğu halda xəttə buraxılması olub.
 

Google+ WhatsApp ok.ru