Bakıda ərəb Türkiyə vətəndaşının qulağını dişləyərək qoparıb

Bakıda ərəb Türkiyə vətəndaşının qulağını dişləyərək qoparıb

 
Bakı şəhərindəki barların birində əcnəbilər arasında qarşıdurma yaranıb.
 
Verilən məlumata görə, hadisə paytaxtın Səbail rayonu ərazisində yerləşən barlardan birində baş verib. Ərəb ölkələrindən birinin vətəndaşı ilə Türkiyə vətəndaşı arasında mübahisə yaranıb. Nəticədə ərəb Türkiyə vətəndaşı Cengiz Çakmakın qulağını dişləyərək qoparıb. Təcilli xəstəxanaya yerləşdirilən C. Çakmakın qulağına tikiş qoyulub.
 
Faktla bağlı təhqiqat aparılır. (apa) /

Google+ WhatsApp ok.ru