Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış, yaralananlar var

Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış, yaralananlar var

Lökbatanda İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib. 
 
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, partlayışla əlaqədar Təcili Yardıma saat 10:14-də müraciət daxil olub. Hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb. 
 
Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllimi götürüblər. Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. 
 
 Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.
 
 
 

Google+ WhatsApp ok.ru