Bakıda yeni avtobus marşrutu açılıb

“BakuBus” MMC-nin Bakı şəhərinin mərkəzi hissəsində yeni, 14 nömrəli marşrut xətti istifadəyə verilib.
Maide.az xəbər verir ki, artıq oktyabrın 31-dən 14 nömrəli marşrut xətti 8 ədəd "Iveco" markalı avtobusla fəaliyyətə başlayıb.
Bu gündən etibarən marşrut xəttinə 30 avtobus buraxılıb.
Qeyd edək ki, 14 nömrəli marşrut xətti ilə avtobuslar "Xətai" metrosu, Cavanşir körpüsü, "28 May" metrosu, Mərkəzi Bank, Füzuli küçəsi, "Nizami" metrosu, "Köhnə avtovağzal", İzmir küçəsi, Dövlət Statistika Komitəsi, Yasamal bazarı və 20 Yanvar dairəsi istiqamətində hərəkət edir.
Xatırladaq ki, bu marşrut üzrə avtobuslar saat 06:00-dan 24:00-a kimi işləyir.

Google+ WhatsApp ok.ru