Bakıda yeznəsinin evindən 45 min ABŞ dolları oğurlamış şəxs tutulub 27 Fevral 2016 02:00 Hadisə Bakıda yeznəsinin mənzilindən oğurluq etmiş şəxs tutulub. Maide.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Bakı şəhər sakini Turan Seyidova məxsus evdən içərisində 45 000 ABŞ dolları olan seyfi oğurlamış Yaşar Məmmədov tutulub. Xatırladaq ki, hadisə Bakuvi küçəsi ev 12-də baş verib. Həmin ünvanda yaşayan Turan Seyidov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qonağı - qaynı Şuşa şəhər sakini 1971-ci il təvəllüdlü Yaşar Məmmədov içərisində 45 min ABŞ dollar olan seyfini oğurlayıb. Teqlər : #Bakıda yeznəsinin evindən 45 min ABŞ dolları oğurlamış şəxs tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Salyan sakini qayını tərəfindən bıçaqlanıb Ötən gün baş verən üç yol qəzasında bir nəfər ölüb, dördü yaralanıb