Salyan sakini qayını tərəfindən bıçaqlanıb

Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb. Bıçaqlanma hadisəsi  Qırxçıraq kəndində qeydə alınıb.  Gecə saatlarında  Qarabağlı kənd sakini, 1996-cı il təvəllüdlü  Dadaşov Alıkişi Elçin oğlu  böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə  Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Xəstəxanada əməliyyat olunan yaralı daha sonra reanimasiya şöbəsinə yerləşdirilib. A.Dadaşovun qayını tərəfindən bıçaqlandığı bildirilir.
 
Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Google+ WhatsApp ok.ru